Layihələr

Avtomaks

"Sumaks Technologies"in hazırladığı Avtomaks cihazı bir çox funksiyanı özündə cəmləşdirir və avtomobillə bağlı qeydə aldığı məlumatları mərkəzi interface ötürür.

Nəzarət və hərəkət təyinetmə cihazı

Məkanlarda təhlükəsizliyi təmin etməyə hesablanmışdır. Qapıların icazəsiz açılması və ya bağlanmaması barədə məlumat verir. Qoyulduğu yerdən 3 metr məssafədə hərəkətləri qeydə almaq qabiliyyətinə malikdir. Cihaz üzərində yerləşdirilmiş sensorlar vasitəsi ilə yerləşdirildiyi yerə edilən müdaxiləni dərhal təyin edir. Eyni zamanda hərəkət(lər) qeydə alınaraq mərkəzə məlumat göndərilir və interfeysdə vizual olaraq göstərilir. Beləliklə, cihaz vasitəsilə məkanlara icazəsiz daxil olmalar müəyyənləşdirilir. 

Cihaz qapılarda, pəncərələrdə və digər bənzər tələb olunan yerlərdə quraşdırılır. Cihaz(lar) web-interfeysdə qeydiyyata alınır. Məkanda ani müdaxiləri, cari vəziyyəti və müəyyən müddət sonra yığılmış informasiyalar əsasında hesabatları interfeys vasitəsilə əldə etmək mümkün olacaq.

Socket+

Elektrik enerjisi ilə işləyən qurğuların idarə olunmasını təmin edən cihazdır. Temperatur, rütubət və hərəkət sensorları, bir USB girişi və uzaqdan idarə edilə bilən iki müstəqil  elektrik yuvası cihazda yerləşdirilmişdir. Əsası etibarilə, “Socket+” kiçik “Smart Home” məhsulu kimi də təqdim edilə bilər. Məhsul yüksək şəxsiləşdirmə (istifadəçinin tələblərinə uyğun modifikasiya) imkanlarına sahibdir ki, bu baxımdan unikaldır.

Nəzarət cihazı

Cihaz quyu qapaqlarına, qapılara, su nasoslarına, çənlərinə, suvarma qurğularına və digər bu kimi yerlərə nəzarət etmək üçün nəzərdə tutulmuşdur. 

Development board kimi istifadə imkanına da malikdir. 

Cihaz üzərində yerləşdirilmiş sensoru vasitəsi ilə hadisəni (müdaxiləni) təyin edir (sensor olaraq həmçinin digər sensorlardan da istifadə etmək mümkündür).

 Növbəti mərələdə isə cihaz təyin olunmuş hadisə barəsində dərhal mərkəzə (öncədən istifadəçi tərəfindən müəyyən edilmiş) GSM/GPRS şəbəkəsi vasitəsi ilə məlumat ötürür.